İngiltərənin "Nyukasl" klubu 2022/2023-cü illər üçün rezerv geyim formasını təqdim edib. 

Rekord.az "The İndependent" nəşrinə istinadən xəbər verir ki, formanın rəngləri klubun azarkeşlərini qane tməyib və ciddi narazılığa səbəb olub. 

Belə ki, bəzi azarkeşlərin fikrincə, komandanın ehtiyat forması Səudiyyə Ərəbistanı millisinin geyim dəstini xatırladır. Məsələ burasındadır ki, klubun yeni sahibləri də məhz bu ölkədəndir. Fanatlar bunu yaltaqlıq kimi qələmə verir. Onların düşünürlər ki, komanda bu yolla öz futbol adətini, tarixini və rənglərini unutmağa doğru gedir. 

"Nyukasl"ın yeni forması: 

Sədiyyə Ərəbistanı millisinin forması: