"Antalyaspor"un prezidenti Aziz Çetin klubun baş məşqçisi Nuri Şahinin "Qalatasaray"a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: "Nuri Şahin "Antalyaspor"un baş məşqçisidir. Onunla 5 illik müqaviləmiz var. Nuri Şahin heç bir yerə getmir. Bizim planlarımız var".

Qeyd edək ki, "Qalatasaray"ın uğursuz çıxışından sonra klubun baş məşqçi Domenek Torrenlə yollarını ayıracağı xəbərləri yayılıb.

Xatırladaq ki, "Antalyaspor" N.Şahinin rəhbərliyi altında keçirdiyi son 10 matçın heç birində uduzmayıb.