
Noyerin dönüş tarixi məlum oldu
- 02 May 2023 18:30
- 360
"Bavariya"nın qapıçısı Manuel Noyer bir neçə həftədən sonra məşqlərə başlayacaq.
Rekord.az Almaniya mətbuatına istinadla xəbər verir ki, təcrübəli qapıçı bir müddət qaçışla və qapıçılar üçün nəzərdə tutulan təmrinlərlə kifayətlənəcək.
İyulun 1-dən isə tam olaraq kollektiv məşqlərə qoşulacaq.
Qeyd edək ki, qapıçı 6 ay öncə dağda xizək sürərkən ağlr zədə almış və ayağını sındırmışdı.