Noyer Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı
- 20:40
- 33
Almaniyanın "Bayern" klubunun qapıçısı Manuel Noyer azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı 1/4 final mərhələsinin ilk oyununda "Real" (İspaniya) ilə keçirilən görüşdə (2:1) özünü yaxşı tərəfdən göstərib.
Qolkiper səsvermədə David Raya ("Arsenal"), Xviça Kvaratsxeliya (PSJ) və Xulian Alvaresi ("Atletiko") qabaqlayıb.