
Norveç millisinin üzvü Liqa 1-də klubunu dəyişdi
- 07 Avq 2021 14:22
- 553
Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi norveçli müdafiəçi Birger Melinqi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Nim”dən transfer olunan futbolçu üçün 3 milyon avro ödənilib.
Norveç yığmasının da üzvü olan 26 yaşlı sol cinah müdafiəçi ötən ilin yayından “Nim”də çıxış edirdi. O, əvvəllər “Rusenborq” və “Stabek”də də forma geyinib.