Növbəti mövsüm Fransa çempionatında iştirak edəcək sonuncu klubun adı pley-offda məlum olub. 


Rekord.az xəbər verir ki, Liqa 1-in 16-cısı “Nitsa” Liqa 2-də üçüncü yeri tutan “Sent Etyen”lə üz-üzə gəlib.


Tərəflər arasındakı ilk matçda qalib müəyyənləşməmişdi – 1:1. İkinci görüşdə rəqibi üzərində böyük hesablı qələbə qazanan “Nitsa” Liqa 1-dəki yerini qoruyub – 4:1.