Ninkoviç bu halda "Sumqayıt"da qalacaq
- 09 Apr 2026 15:00
- 198
Mövsümün sonunda "Sumqayıt"la müqaviləsi başa çatacaq futbolçulardan biri də Nikola Ninkoviçdi.
Rekord.az xəbər verir ki, onun komandada qalıb-qalmayacağı hələlik bilinmir.
Belə ki, serbiyalı futbolçu "Sumqayıt"a həmyerlisi Saşa İliçin dəvəti ilə gəlib. Əgər İliç "Sumqayıt"da qalsa, Ninkoviç də yeni müqaviləyə qol çəkəcək. İliç getsə, böyük ehtimalla o da gedəcək.