
Nigeriyalı futbolçu "Kəpəz"ə lazım olmadı
- 25 Noy 2021 12:00
- 591
Xəbər verdiyimiz kimi, “Kəpəz” bir müddət əvvəl nigeriyalı Akinyemi Aleks Viktoru baxışa çağırmışdı.
Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə yarımmüdafiəçini 4-5 gün yoxladıqdan sonra qərar verəcəklərini söyləmişdi.
"Sarı-göylər" artıq futbolçudan imtina edib. Bu məlumatı "football-plus.az" saytına açıqlamasında Gəncə təmsilçisinin baş məşqçisi verib. Vahabzadə futbolçunun yerli oyunçulardan geri qaldığını, bu səbəbdən də onunla müqavilə bağlamadıqlarını söyləyib.