Braziliya millisinin baş məşqçisi Tite yığmanın və PSJ-nin hücumçusu Neymarı müdafiə edib. 

 

Rekord.az xəbər verir ki, “RMC Sport” Titenin söylədiklərini belə çatdırıb: 
 

“Neymar problem yox, problemin həll yoludur. Bu futbolçunun meydanda yer aldığı mövqe onun daha çox səhv etməsini şərtləndirən amildir.

Neymar improvizasiya məharətini ortaya qoyduğu zaman oyunların taelyini həll edən fiqurdur. Onu cinahda oynadan məşqçi eşşəkdir. Bu, belə keyfiyyətlərə malik futbolçunun yaradıcılığını xeyli məhdudlaşdırır. Yaradıcılıq sabitlik deyil, xüsusi məharətdir. Təbii ki, Neymar mərkəz hücumçusu kimi daha parlaq çıxışla diqqət çəkər”.
 
Qeyd edək ki, Neymar ötən mövsüm PSJ-nin heyətində 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.