
Neymar nə zaman məşqlərə başlayacaq?
- 03 Yan 2022 11:41
- 518
PSJ zədəli hücumçu Neymarın vəziyyəti ilə bağlı məlumat yayıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 9-na kimi futbolçu Braziliyada bərpasını davam etdirəcək. Onu Paris təmsilçisinin tibbi heyətinin üzvləri izləyəcək.
Neymarın üç həftədən sonra məşqlərə qayıdacağı bildirilir.
Xatırladaq ki, braziliyalı oyunçu Fransa çempionatının 15-ci turunda "Sent-Etyen"lə oyunda (3:1) aldığı zədə səbəbindən noyabrın 28-dən bəri meydana çıxmır.