
Neymar nə vaxt sıraya dönür?
- 30 Noy 2021 12:42
- 485
PSJ-nin ulduzu Neymar zədələnib.
Rekord.az xəbər verir ki, braziliyalı hücumçu Liqa 1-in 15-ci turu çərçivəsində baş tutan “Sent Etyen”lə səfər oyununda (1:3) sıradan çıxıb.
Neymar artıq ilkin tibbi müayinədən keçib. Topuğundan zədə alan braziliyalı futbolçunun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
Təkrar müayinədən sonra onun vəziyyəti tam dəqiqləşəcək.