"Kəpəz"in yeni transferi Latir Falin kluba keçidi haqda danışıb.

Rekord.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında məqsədlərindən söz açıb:

"Bura gəlmək, "Kəpəz"in bir parçası olmaq mənim üçün xoşdur. Günü-gündən komandaya uyğunlaşıram. Komanda olaraq inkişaf edirik. Kollektivdə yaxşı oyunçular var. Yerli və əcnəbi futbolçulardan qurulmuş heyətə sahibik. Məşqçilər korpusunun verdiyi məşqləri yerinə yetirməyə çalışırıq. Üzərimizə düşəni ən yaxşı şəkildə yerinə yetirməyə səy göstəririk. Hamımız məsuliyyətliyik. Məqsədimizi azarkeşlərə özümüzü ən yaxşı şəkildə göstərməkdir. Nəticə qazanmaq üçün oynayırıq. Azarkeşlərin oyunumu necə qiymətləndirdiklərini bilmirəm, amma sevildiyimi düşünürəm. Çünki azarkeşlər mənə isti münasibət göstərirlər".

Qeyd edək ki, on olaraq Portuqaliyada "Eştrela Amadora" klubunda oynamış yarımmüdafiəçi "Kəpəz"lə 1+1 illik müqavilə imzalamışdı.