"Turan Tovuz"un yollarını ayırdığı Budaq Nəsirovun yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Karvan"da çıxış edəcək.

Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

U-19 və  Azərbaycanın U-21 millilərində çıxış etmiş Nəsirov bir neçə gün əvvəl “Turan Tovuz-2”nin heyətində "Səbail-2" ilə qarşılaşma zamanı komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu. AFFA İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb. Bundan sonra "Turan Tovuz" futbolçu ilə müqaviləyə xitam verib.