
Nəsirli oynadı, komandası doğma meydanda uduzdu
- 09 Avq 2023 00:12
- 377
Latviya çempionatında 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda RFS ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib - 0:1.
Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81 dəqiqə oynayıb.
Futbolçumzun komandası hazırda 25 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.