
Nepalda problem yaşayan azərbaycanlı futbolçu geri dönür
- 22 Noy 2021 14:00
- 559
Sadiq Quliyevin Nepal karyerası başlamadan bitib.
Rekord.az xəbər verir ki, adıçəkilən ölkənin "Maçindra" komandası ilə razılaşan və bir neçə həftə əvvəl komandanın yeni mövsümə hazırlıq toplanışına qoşulan müdafiəçinin səndələrində problem çıxıb.
"Maçındır"a rəhbərliyi son günə kimi bu problemi yoluna qoymağa çalışıb. Hətta həmyerlimiz bu müddətdə komanda ilə yoxlama matçlarında da iştirak edib.
Amma mövsüm startına az qalmış Nepal Super Liqasında legioner limitinə qoyulan say 6-dan 3-ə endirilib.
Bu qərardan sonra sənədlərindəki problem düzəlsə belə, Quliyevin sifariş edilməsi mümkün olmayacağından, onunla yollar ayrılıb.
Çünki tətbiq edilən limit yalnız meydanda olacaq 11-lik üçün deyil. Ümumiyyətlə, yerli federasiyanın yeni qərarından sonra komandalar sifariş erizəsində cəmi 3 legioner sifariş edə bilər.
U-21 millimizin də üzvü olmuş futbolçu yaxın günlərdə vətənə qayıdacaq. (sportinfo.az)