"Neftçi" PFK-ya texniki məğlubiyyət veriləcəyi gözlənilir.

Rekord.az xəbər verir ki, AFFA-nın 17 yaşadək futbolçular arasında keçirdiyi çempionatda qayda pozuntusu baş verib.

Ötən turda baş tutan "Neftçi" İK - "Neftçi" PFK (0:3) oyununda qonaq komanda meydana sarı vərəqə cəzalısı olan futbolçunu buraxıb. 

Maraqlıdır ki, "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elman Sultanov da bundan xəbərsizdir. Belə ki, saytımıza açıqlamasında cəzalı futbolçu oynatmadıqlarını bildirib: "Kim sizə deyib, bilmirəm. Bizdə cəzalı futbolçu futbolçu olmayıb".

Mənbəmizdən aldığımız məlumata görə, AFFA-nın İntizam Komitəsinin növbəti iclasında bu oyunla bağlı qərar açıqlanacaq. (fanat.az)