Cari mövsümü Tula «Arsenal»ında keçirən Ayaz Quliyev "Neftçi"yə mənfi cavab verib.

Rekord.az xəbər verir ki, bundan əvvəl AFFA-nın Azərbaycan millisinin formasını geyinmək təklifini geri çevirən hücumçu bu dəfə «Neftçi»ni məyus edib.

Moskva «Spartak»ının yetirməsi gələcəyini Azərbaycanda görmək istəmədiyini bildirib.

25 yaşlı forvard Rusiyada qalacağını, yalnız Avropadan təklif gələcəyi təqdirdə, ölkədən kənara çıxacağını söyləyib. (sportinfo.az)