“Neftçi”nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci sınaq matçının başlanma saatı açıqlanıb.

Rekord.az xəbər verir ki, Polşanın “Visla” (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək yoxlama oyunu Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Görüş “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

“Neftçi” Türkiyədəki ilk matçda Macarıstanın “Kişvarda” klubu ilə qarşılaşıb (2:2). Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.