
“Neftçi”nin sabiq futbolçusu 23 yaşında futbolu atıb taksi sürür
- 17 Fev 2022 13:00
- 1339
"Neftçi"nin keçmiş futbolçusu Fərid Abbaslı karyerasını erkən bitirib.
Rekord.az xəbər verir ki, uzun müddət klubsuz müdafiəçi 23 yaşında özünə başqa məşğuliyyət tapıb.
O, hazırda Bakıda taksi fəaliyyəti ilə məşğuldur.
Fərid 2018-2019-cu illərdə ağ-qara formanı geyinib.
Gənc oyunçu Tərlan Əhmədovun vaxtında paytaxt klubuna transfer olunub. Əhmədov buradan gedəndən sonra onunla müqaviləyə də xitam verilib.
Adıçəkilən müdafiəçi "Neftçi"yə gələnə kimi AZAL və "Binə"nin formasını geyinib. (sportinfo.az)