“Neftçi”nin sabiq futbolçusu 1-ci Liqa klubunda
- 01 Sen 2026 19:20
- 130
Azərbaycanın 1-ci Liqa təmsilçisi “Baku Sportinq” heyətini Premyer Liqa təmsilçiləri “Neftçi” və “Sumqayıt”ın sabiq müdafiəçisi Cabir Əmirli ilə gücləndirib.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
29 yaşlı futbolçu adıçəkilən klublarla yanaşı, “İnter”, “Keşlə”, “Səbail” və “Mingəçevir”də də çıxış edib.