
“Neftçi”nin legioneri milliyə çağırıldı
- 06 Noy 2021 17:20
- 378
“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət alıb.
Rekord.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi noyabrın 12-də Qvineya Bissau, noyabrın 16-da isə Mərakeş yığmaları ilə keçiriləcək DÇ-2022-nin seçmə oyunlarına çağırılıb.
Müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan Kane “Neftçi”də icarə əsasında çıxış edir.