"Neftçi" "Matç TV" turnirində "Srvena Zvezda" ilə qarşılaşmada (0:4) ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın yeni transferi Emil Balayev zədələnib.

Meydana ikinci hissədə daxil olan millimizin üzvü matçın son dəqiqəsində ciddi zədə alaraq meydanı xərəkdə tərk edib. Onun durumu haqda hələlik məlumat verilməyib. 

Xatırladaq ki, "Neftçi"nin digər qapıçısı Aqil Məmmədov isə "Zenit"lə oyunda ağır zədə alaraq meydana xərəklə tərk etmişdi. O, artıq Bakıya qayıdıb.