
"Neftçi"nin Antalyadakı oyunları canlı yayımlanacaq
- 04 Yan 2022 15:00
- 775
Xəbər verdiyimiz kimi, "Neftçi" qış hazırlığını Antalyada keçəcək.
Rekord.az xəbər verir ki, qonşu ölkədə 3 yoldaşlıq görüşü keçirməyi planlaşdıran bakılılar yanvarın 14-də “Kişvarda” (Macarıstan), 19-da “Visla” (Plotsk, Polşa) ilə qarşılaşacaq.
Yanvarın 24-dəki rəqibin adı hələlik məlum deyil. "Neftçi" azarkeşlərinə xoş xəbər is ondan ibarətdir ki, komandanın Antalyadakı bütün yoxlama görüşləri "Neftçi" TV vasitəsi ilə canlı yayımlanacaq