Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin 21 yaşlı Gilyermo Pato ilə anlaşdığı deyilir.

Rekord.az xəbər verir ki, hətta futbolçunun Antalyaya yollandığı haqda informasiya yayılıb.

Xəbəri dəqiqləşdirmək üçün "ağ-qaralar"ın mətbuat katibi Rüstəm Allahverdiyev ilə əlaqə saxladıq. O, "Football-plus.az" saytına bunları dedi: "Gilyermo Pato bizim anlaşdığımız yox, sadəcə, maraq dairəmizdə olan furbolçudu. Hələ ki razılıq əldə olunmayıb. Onun Antalyaya gəlməsi ilə bağlı yayılan xəbərlər də həqiqəti əks etdirmir". ("Futbol plus")