
"Neftçi"dən ayrılıb Tunis klubuna keçdi
- 07 Yan 2022 12:00
- 582
Sabir Buqrin "Neftçi"dən ayrılıb.
Rekord.az xəbər verir ki, son çempion mərakeşli yarımmüdafiəçini Tunisin "Esperans" komandasına satıb.
25 yaşlı yarımmüdafiəçi 2020-ci ildən "Neftçi"nin şərəfini qoruyurdu.
O, arxada qalan müddət 49 oyunda meydana çıxıb və bu matçlarda 6 qol, 7 asistlə yadda qalmağı bacarıb. (sportinfo.az)