“Neftçi” qış fasiləsi dönəmində daha bir transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, kolumbiyalı hücumçu Brayan Moreno ilə 1,5 illik müqavilə bağlanıb.

24 yaşlı futbolçu yeni komandasının heyətində 88 nömrəli formanı geyinəcək.

Moreno bunadək Kolumbiyanın “Atletiko Uila” (2019-2021) və Bolqarıstanın ÇSKA (Sofiya, 2022-2023) klublarında çıxış edib.

“Neftçi” bundan əvvəl syerra leoneli vinger Alfa Konteni transfer etmişdi.