Bir zaman belə məlumatlar yayıldı ki, "Neftçi"nin idman direktoru Ceyhun Sultanov qazanılan qələbələrə görə özünə də mükafat yazır. Sonradan Sultanov özü də bunu etiraf etmişdi.

Rekord.az-a daxil olan məlumata görə, əslində hazırda da analoji sistem mövcuddur.

Belə ki, klubun rəhbər şəxsləri də günü bu gün də qələbəyə görə futbolçularla bərabər mükafat alır. Klub prezidenti Kamran Quliyevdən tutmuş, klubun icraçı direktoru Elnur Eyvazova kimi hər kəs.