Rizuan Mirzov yayda "Neftçi"dən getmək istəyir.

Rekord.az xəbər verir ki, müqaviləsi sentyabrda başa çatacaq rusiyalı həmin vaxtı gözləmək istəmir.

Səbəb isə futbolçunun çox az oynamaq şansı qazanmasıdır. Futbolçu Azərbaycana gələndə məhz daha çox oynamağı əsas tutub gəlmişdi. Lakin Bojoviçin gəlişindən rusiyalı futbolçu nadir hallarda meydançaya çıxır.