
"Neftçi"də nə qədər maaş alacaq?
- 05 Yan 2022 15:00
- 1102
Xəbər verdiyimiz kimi, millinin və «Keşlə»nin müdafiəçisi Azər Salahlı «Neftçi»yə keçib.
Rekord.az xəbər verir ki, «ağ-qaralar»la 2 illik müqavilə bağlayıb. «Keşlə» sözləşməsi gələn ilin iyununda başa çatacaq arxa xətt oyunçusunun satışından 100 min manata yaxın pul qazanıb.
Futbolçunun özü isə yeni klubunda 15 min manat civarında maaş alacaq. Azərin «Keşlə»də məvacibinin 11 min manat təşkil etməsini də bildirək. (sportinfo.az)