
"Neftçibaza"nın örtüyünü dəyişməyə pul yoxdur
- 20 İyn 2022 14:00
- 642
Uzun müddətdir "Neftçibaza"nın süni örtüyü yararsız vəziyyətdədir. Hazırda istifadədə olsa da, istismar müddəti çoxdan bitib. Hətta AFFA-nın sabiq baş katibi Elxan Məmmədov da bir neçə il öncə həmin meydançanın yenilənməsi ilə bağlı bazanın direktoru Oqtay Abdullayevlə söhbətinin olduğunu demişdi. Lakin aradan xeyli müddət keçcə də ortada heç bir yenilik yoxdur.
Rekord.az-ın əldə etdiyi məlumata görə, AFFA yeni örtük üçün vəsait ayırmağı düşünmür.
Çünki baza federasiyanın balansında deyil. Gənclər və İdman Nazirliyi isə yeni qazon üçün vəsaitin olmadığını bildirib. Bir sözlə, kiçik yaşlı futbolçular bundan sonra da yararsız və təhlükəli qazonda oynamağa davam edəcək.