
“Neftçi” Türkiyə toplanışına 23 futbolçu ilə yollanır
- 01 İyl 2022 16:45
- 530
“Neftçi” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışına yollanan futbolçuların adlarını açıqlayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampf hazırlıq prosesinə 23 oyunçu ilə start verəcək.
“Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq. Komanda iyulun 6-da "Sakaryaspor"la üz-üzə gələcək.