
“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır
- 02 Dek 2021 17:44
- 491
“Neftçi” Premyer Liqanın 13-cü turunda “Sumqayıt”a qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, bir günlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən “ağ-qaralar” bu gün klubun bazasında növbəti məşqə çıxıb.
Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər – Aqil Məmmədov və Mamadu Mbodj iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşq edən Tyaqo Bezerra komanda ilə məşq edib.
Dekabrın 5-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçına saat 16:00-da start veriləcək.