“Neftçi” Sloveniyada sonuncu sınağı
- 13:20
- 36
Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" sözügedən ölkədə bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Osiyek" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Matç Bakı vaxtı ilə saat 19:30-da Lendava stadionunda start götürəcək.
Xatırladaq ki, "ağ-qaralar" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub. Bakı təmsilçisi Serbiyanın "Radniçi NİŞ" kollektivini 3 cavabsız qolla üstələyib.