
"Neftçi" "Sabah"ın futbolçusuna 200 min təklif edir?
- 15 Noy 2021 11:00
- 1023
«Neftçi»nin yeni transfer hədəfi məlum olub.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Aleksey İsayevə dəvət göndərib.
«Ağ-qaralar» ara-sıra yığmaya da çağırılan yarımmüdafiəçiyə 2 illik müqavilə təklif edib.
Samir Abasovun xidmətinə maraq göstərdiyi orta sahə oyunçusuna ödənilə biləcək məbləğ də bilinir. İsayev «Neftçi»nin yolunu tutarsa, illik 200 min manat qazanacaq.
Aleksey ötən mövsümdən etibarən «Sabah»ın uğurları üçün çalışır. Onun Masazır təmsilçisi ilə anlaşması 2 illikdir. (sportinfo.az)