
"Neftçi" Rusiyada oynayan azərbaycanlıya təklif göndərdi
- 14 Yan 2022 13:00
- 743
“Neftçi“ ölkə xaricində çıxış edən daha bir azərbaycanlı futbolçuya təklif göndərib.
Rekord.az xəbər verir ki, bu haqda sportinfo.az-a payiaxt klubundan məlumat verilib. Bildirilib ki, Kamran Əliyevə dəvət göndərilib.
Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) çıxış edən hücumçu “SKA-Xabarovsk”un formasını geyinir.
Onun yerli ordu klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. “Neftçi“ vaxtilə gənclər yığmamıza dəvət almış 23 yaşlı forvarda 2,5 illik müqavilə təklif eləyib.