
“Neftçi” qış hazırlığınl ölkə xaricində keçəcək
- 20 Noy 2021 14:00
- 746
Son Azərbaycan çempionu “Neftçi”nin ölkə xaricində toplanış keçmək ehtimalı haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, bununla bağlı SOCAR-a ünvanlanan müraciət müsbət cavablandırılıb.
Sözügedən şirkət komandanın ölkə xaricində toplanış keçməsi üçün maliyyə vəsaiti ayırmağa söz verib. Toplanış yanvarın ikinci 10 günlüyündə, Türkiyənin Antalya şəhərində baş tutacaq və 2 həftə sürəcək. Toplanış müddətində “ağ qaralar” 3 yoxlama görüşü keçirəcək.