
“Neftçi” – “Qəbələ” matçında 2 qol
- 09 Okt 2021 18:00
- 573
Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” komandası bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Oyunda hesabı “Neftçi”nin legioneri Tyaqo Bezerra açıb. “Qəbələ”nin heyətində də İsnik Alimi fərqlənib.
Yoxlama oyunu
9 oktyabr
“Neftçi” – “Qəbələ” 1:1
Bakı. “Türk Hava Yolları Futbol Mərkəzi”.