"Neftçi"nin ev oyunlarını keçirdiyi "Neftçi Arena"nın qazonu yararsız duruma düşüb.

Rekord.az xəbər verir ki, qazonun normal duruma düşməsi üçün 2-3 həftəyə yaxın vaxt lazımdır.

Bu isə komandanın 9-cu turda "Qarabağ"ı bu stadionda qəbul etməsinin şübhə altında olduğunu göstərilir. Əgər durum o vaxta kimi düzəlməsə, "Neftçi" "Qarabağ"la oyunun Respublika stadionunda oynanılması üçün Ağdam klubuna müraciət etməyi düşünür.