
"Neftçi" “Qarabağ”dan ayrılan futbolçunu transfer etdi
- 30 İyn 2023 13:00
- 550
"Neftçi" Azərbaycan millisinin futbolçusu Filip Ozobiçi transfer edib.
Rekord.az xəbər verir ki, ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan xorvatiyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
32 yaşlı oyunçu paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Ozobiç "Neftçi"nın mövsümlərarası fasilədə heyətinə qatdığı 2-ci futbolçudur. "Ağ-qaralar" daha əvvəl "Səbail"dən Emil Balayevlə müqavilə bağlayıb.