“Kayrat”ın hücumçusu Jose Kante “Neftçi”nin transfer siyahısında yer alıb.

“Ağ-qaralar” Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ”la hər iki oyununda qol vuran qvineyalı legionerlə yaxından maraqlanır.

31 yaşlı afrikalı artıq bakılıların bu niyyətindən xəbərdardır.

Adıçəkilən forvard bu ildən Qazaxıstan klubun un şərəfini qoruyur. O, Almatı təmsilçisinin heyətində 12 oyuna 7 qol vurub.

İspaniyada dünyaya gələn Kante yerli “Gimnastik”in yetirməsidir. Karyerasının ilk illərində “Manresa”, “Rubí”, “Prat” və “Málaqa B”nın formasını geyinib.

2014-cü ildə Kiprə yollanıb, AEK-in (Larnaka) şərəfini qoruyub. 1 il sonra Polşaya üz tutub, “Qurnik”in uğurları üçün tər töküb.

Burada 6 ay keçirən hücumçu “Visla” ilə anlaşıb. Plotsk təmsilçisində 2 mövsüm keçirən qvineyalı 2018-ci ilə “Legiya”ya transfer olub.

Varşava klubu 2019-cu ildə onu yetirməsi olduğu “Gimnastik”ə icarəyə verib.

Maraqlıdır ki, “Legiya” Azərbaycan millisinin forvardı Mahir Emrelini sıraların qatdıqdan sonra Kante ilə müqavilənin müddətini uzatmayıb. (sportinfo.az)