
“Neftçi” Polşa klubuna məğlub oldu
- 15 Yan 2023 14:38
- 425
“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib.
Hesabı 15-ci dəqiqədə "ağ-qaralar" açsa da, oyun polşalıların 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. "Neftçi"nin heyətində Ağadadaş Salyanski fərqlənib.
Xatırladaq ki, "Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə də heç-heçə etmişdi - 1:1. Komanda yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.