Braziliyalı hücumçu Gilyermo Patonun “Neftçi”yə keçidinin detalları məlum olub.

Rekord.az “transfermarkt” portalına istinadən xəbər verir ki, “ağ-qaralar” 20 yaşlı futbolçu üçün klubu “İnternasional”a 100 min avro ödəyib.

Pato ilə müqavilənin müddəti isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin “Neftçi” Pato ilə müqavilənin detallarını hələ açıqlamayıb.

Karyerası ərzində “İnternasional”, “Kyuba” və “Ponte Preta”da çıxış edən Pato, bu komandalarla ümumilikdə 44 matça çıxıb və 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.