
“Neftçi” “Keşlə”ni seçdi
- 10 Noy 2021 16:00
- 513
“Neftçi” milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilə zamanı yoxlama görüşü keçirəcək.
Rekord.az xəbər verir ki, “ağ-qaralar” noyabrın 13-də klubun bazasında “Keşlə” ilə qarşılaşacaq. Oyun saat 14:00-da başlanacaq və “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.
İkigünlik istirahətdən sonra bu gün klubun bazasında məşqləri bərpa edən “ağ-qaralar” növbəti rəsmi oyununu noyabrın 20-də 8-ci km stadionunda “Sabah”a qarşı keçirəcək.