
“Neftçi” “Keşlə”ni darmadağın etdi
- 13 Noy 2021 18:42
- 552
Milli komandaların oyunlarına görə futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” və “Keşlə” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Rekord.az xəbər verir ki, qarşılaşma "Türk Hava Yolları Futbol Mərkəzi"nda baş tutub.
Matç "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin qollarını 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.
Son ölkə çempionu noyabrın 20-də Azərbaycan Premyer Liqasının 11-ci turunda "Sabah"ı qəbul edəcək. "Keşlə" isə noyabrın 19-da "Qarabağ"ın qonağı olacaq.