Misli Premyer Liqasınımn 32-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın bombardiri Musa Qurbanlı sarı vərəqə limitini doldurduğu üçün "ağ qaralar"a qarşı oyunda forma geyinə bilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" matçı mayın 2-də, saat 20:00-da "Bakcell Arena"da oynanılacaq.