"Neftçi"nin yeni transferi Romen Bask bakılılarla 2 illik müqavilə bağlayıb.

Lakin Rekord.az xəbər verir ki, fransalı müdafiəçi müqavilə zamanı rəhbərliklə şərt də kəsib.

Belə ki, gələcəkdə Baska daha güclü klublardan daha sərfəli təklif gəlsə, “Neftçi” onun gedişinə problem yaratmayacaq. Təbii ki, müqavilənin şərtlərinə görə, təzminatını alacaq. Amma həddindən artıq məbləğ təklif etməklə işi pozmayacaq.