“Neftçi” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Rekord.az “globoesporto.globo.com” saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Braziliyanın “Quarani” klubundan Auqusto Tallisonu transfer etməyə yaxındır.

“Neftçi” 29 yaşlı braziliyalı müdafiəçiylə razılıq əldə edib və onunla üç illik müqavilə imzalayacaq. “Ağ-qaralar” Tallisonu komandadan ayrılan Donald Geryeyə əvəzləyici kimi düşünür.

Tallison “Quarani”dən əvvəl Braziliyada “Flamenqo”, “Seara”, “Vitoria”, Belçikada isə “Sent-Tryuden” kimi klubların şərəfini qoruyub.