
"Neftçi" Gəncəyə getmək istəmir
- 02 May 2023 17:00
- 697
Gəncə stadionunun qazonuna əl gəzdirilir.
Rekord.az xəbər verir ki, müəyyən işlər görülür, yeni toxum səpilir.
Lakin qazonun bu mövsümün sonuna kimi hazır olacağı inandırıcı deyil. Yayılan məlumatlara görə, komanda rəhbərliyi "Neftçi" ilə son tur matçını Gəncədə keçirmək ehtimalı üzərində düşünür. Hansı ki, həmin oyun təqvimlə mayın 21-ə düşür. Görünür gəncəlilər qarşıdakı 20 gün ərzində qazonun normal vəziyyətə dönəcəyinə az da olsa ümid edir.
Bu arada, əldə etdiyimiz məlumata görə, bundan xəbər tutan "Neftçi" Gəncədə oynamaqdan qəti imtina edib. Onlar AFFA və PFL-ə də bununla bağlı narazılıqlarını çatdırıblar.