
“Neftçi” Eddi İsrafilovun transferini açıqladı
- 05 Yan 2022 15:30
- 574
“Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib. Rekord.az xəbər verir ki, son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.
30 yaşlı oyunçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək. O, artıq komanda ilə ilk məşqinə də çıxıb.
Eddi ötən ilin iyun ayında "Albasete"dən ayrıldıqdan sonra klubsuz idi. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyununda millinin formasını geyinib. O, millimizdə bütövlükdə 13 matça çıxıb.
Eddi karyerası ərzində “Real Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadis”, “Ximnastik” və “Alkorkon” kimi klubların da formasını geyinib.