Daha əvvəl xəbər verdiyimiz kimi, "Neftçi"nin yarımmüdafiəçisi Sabiq Buqrin karyerasını Tunisdə davam etdirəcək.

Rekord.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Esperans” ilə razılaşıb.

26 yaşlı futbolçu "Neftçi"yə 2020-ci ilin yayında Lüksemburqdan - "Düdelanj"dan transfer olunub.

O, cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 20 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bakılılar müqaviləsi yayda bitəcək legionerin satışından 250 min dollar civarında gəlir əldə edib. Sabirin özü isə qarşıdakı 1 ildə 500 min dollar qazanacaq.

Maraq üçün yada salaq ki, onun "Neftçi"də aylıq əməkhaqqısı 7000 dollar olub. (sportinfo.az)